Şəhid ailəsinə tikilən ev niyə yarımçıq təhvil verilib? - ÖZƏL + FOTO

Şəhid ailəsinə tikilən ev niyə yarımçıq təhvil verilib? - ÖZƏL + FOTO

Hazırda oxunan: Şəhid ailəsinə tikilən ev niyə yarımçıq təhvil verilib? - ÖZƏL + FOTO

39336

Xaçmazda Birinci Qarabağ müharibəsi şəhidi Akif Arif oğlu Nəsirovun anası Əzizə Nəsirovanın şikayəti nəzarətə götürülüb.

Bizim.Media xəbər verir ki, sentyabrın 27-də qeyd olunan Anım Günündə şəhid anası rayonun icra hakimi Elnur Rzayeva onlara dövlət tərəfindən verilən fərdi yaşayış evində bir sıra problemlərlə üzləşdiklərini bildirib.

Beləki, Rəhimoba kəndində şəhid ailəsinə məxsus evdə kommunal xətlərin heç biri çəkilməyib və bu səbəbdən orada yaşamaq qeyri mümkündür.

Məsələ ilə yerində tanış olmaq üçün rayon İH başçısı dərhal həmin evə baxış keçirib. Şikayətin doğru olduğu təsdiqlənib.

Daha sonra Elnur Rzayev məsələ ilə bağlı rayonun su, qaz, işıq təsərrüfatı rəsmilərinə tapşırıqlar verib.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO