ABŞ-dakı erməni diasporu yeni səfiri qəbul etmir – SƏFİR QALMAQALI

ABŞ-dakı erməni diasporu yeni səfiri qəbul etmir – SƏFİR QALMAQALI

Hazırda oxunan: ABŞ-dakı erməni diasporu yeni səfiri qəbul etmir – SƏFİR QALMAQALI

39305

21 sentyabr ərəfəsində Ermənistan səfirlərinə Ermənistanın Müstəqillik Günü münasibətilə tədbir keçirməmək tapşırığı verilib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Qraparak” qəzeti yayıb.

Mənbə yazır ki, Ermənistanın ABŞ-dakı yeni təyin olunmuş səfiri Lilit Makunts o tapşırıqdan yan keçib və sentyabrın 30-da Vaşinqtondakı Ermənistan səfirliyində ziyafət təşkil edib.
 

MÖVZU İLƏ BAĞLI:

Erməni diasporu artıq İrəvana pul vermir - Zare Sinanyandan DETALLAR


"Tədbirə yalnız özlərinə yaxın hesab etdiyi şəxslər dəvət edilib, çünki ABŞ-dakı erməni diasporu xanım diplomatla hesablaşmaq istəmirlər. Bəlli olub ki, Makunts həm erməni cəmiyyəti, həm də “Ay data”nın ofisi ilə ortaq dil tapa bilmir və ciddi problemlərlə üzləşir. Cəmiyyət onu rədd edir və belə şəraitdə səfirin yaxşı işləməsi qeyri-mümkündür. 
 

Arsen Xaratyan Makuntsa dəstək verməyə çalışır, amma cəmiyyətdə yüksək nüfuza malik deyil və onun təklif etdiyi "informasiya dəstəyi" istənilən nəticəni vermir.


Bəzi icma strukturlarının nümayəndələri Makuntsla gizli görüşlər keçirsələr də, bunu gizlədirlər, çünki Makunts kimi rədd ediləcəklərindən qorxurlar. ABŞ-ın erməni icmasında 2018-ci ilin eyforiyasından praktiki olaraq heç nə qalmayıb”, deyə qəzet qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO