Fındığımızı kimlər alacaq? - İxrac müqavilələri bağlanılıb

Fındığımızı kimlər alacaq? - İxrac müqavilələri bağlanılıb

Hazırda oxunan: Fındığımızı kimlər alacaq? - İxrac müqavilələri bağlanılıb

39302

Azərbaycan məhsullarının Moskvada təşkil olunan “WorldFood Moscow 2021” beynəlxalq ərzaq sərgisində nümayişindən sonra yerli şirkətlərimiz ixracla bağlı bir sıra müqavilələr bağlayıblar.

Bizim.Media İqtisadiyyat Nazirliyinin xəbərinə istinadən xəbər verir ki, “Karaca Fındıq” MMC şirkəti və Rusiyanın iri marketlər şəbəkələrindən biri ilə 18 min kq qabıqlı fındıq məhsulunun ixracına dair müqavilə imzalayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda bazarlara giriş qadağan edilir - SƏBƏB 


“Ulduz” şokolad fabriki Qırğızıstan, Özbəkistan və Rusiya şirkətləri ilə ümumi dəyəri 2,5 milyon ABŞ dolları olan qənnadı məhsullarının, “Azərstar” MMC şirkəti isə Rusiya şirkəti ilə ümumi dəyəri 100 min ABŞ dolları olan qabıqlı fındıq məhsulunun ixracına dair ilkin razılıq əldə edib. 

Bundan başqa, Rusiya şirkəti ilə ümumi dəyəri 1 milyon ABŞ dollarınadək olan narın ixracına dair ilkin razılığa gəlinib.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə 20-dən çox Azərbaycan şirkətinin istehsal etdiyi meyvə şirələri, müxtəlif növ şərablar, təbii mineral sular, çay, süd məhsulları, fındıq, meyvə-tərəvəz, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları və s. vahid ölkə stendi ilə nümayiş olunub.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO