Azərbaycan Premyer Liqasının oyunlarından sonra hakimlərin CBC Sport televiziya kanalında müsahibələri təşkil olunacaq.
Bizim.Media xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
AFFA Hakimlər Komitəsinin beynəlxalq təcrübədən yararlanaraq, qərar qəbul etdiyi bildirilib.
Bu zaman hakimlərin oyun ərzində qəbul etdikləri qərarların bəzi hallarda birmənalı qarşılanmaması nəzərə alınıb.
Premyer Liqanın növbəti turundan etibarən baş hakim oyunda verdiyi müəyyən qərarları (qol, birbaşa qırmızı və ya ikinci sarı vərəqə, penaltinin olub-olmaması – VAR sisteminin protokoluna uyğun olan epizodlar) qarşılaşmadan sonra izah edə bilər.
Ehtiyac duyularsa, müxtəlif rakuslardan təqdim olunan görüntülərə baxaraq epizodun müqayisəli təhlili aparılacaq.
Bu, VAR (Video Köməkçi Hakim) sisteminin tətbiqi istiqamətində növbəti addımdır. Əsas məqsəd şəffaflığın təmin olunması və oyun ərzində verilən hər bir qərarın hansı səbəbdən qəbul olunduğunu ictimaiyyətin nəzərinə çatdırmaqdır.
Bizim.Media
- A-
- A
- A+
İdman
14:06 / 28.09.2021
Azərbaycan Premyer Liqasında YENİLİK – Oyunlardan sonra...
Hazırda oxunan: Azərbaycan Premyer Liqasında YENİLİK – Oyunlardan sonra...
Hazırda oxunan: Azərbaycan Premyer Liqasında YENİLİK – Oyunlardan sonra...
39129
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.