Anım Günündə rayonlarda ümumilikdə 58 mindən çox ağac əkildi

Anım Günündə rayonlarda ümumilikdə 58 mindən çox ağac əkildi

Hazırda oxunan: Anım Günündə rayonlarda ümumilikdə 58 mindən çox ağac əkildi

39046

Anım Günündə Azərbaycanın 76 şəhər və rayonunda ağacəkmə aksiyası keçirilib.

Bizim.Media xəbər verir ki, aksiya çərçivəsində 14 növdə ümumilikdə 58 min 109 ağac əkilib ki, onlardan da 18 min 607-si Eldar şamı, 3 min 576-sı çinar, 4 min 339-u zeytun, 10 min 805-i sərv, 1551-i söyüd, 5 min 502-si göyrüş, 1564-ü qaraağac, 658-i qovaq, 5 min 405-i meyvə və 6 min 102-si isə tuya ağaclarıdır.

Aksiya çərçivəsində 6 min 950 ağac Bakı şəhərində, 51 min 159 ağac isə digər şəhər və rayonlarımızda əkilib.

Anım Günündə keçirilən aksiyaya 2 min 825-i Bakı şəhərində, 29 min 228-i isə digər şəhər və rayonlarda olmaqla, ümumilikdə 32 min 53 insan qoşulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO