Məşhur futbolçu klubdan qovuldu

Məşhur futbolçu klubdan qovuldu

Hazırda oxunan: Məşhur futbolçu klubdan qovuldu

39019

ABŞ-ın "Tsintsinnati" futbol klubunun baş məşqçisi Yap Stam istefaya göndərilib.

Bizim.Media MLS təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, niderlandlı mütəxəssisin qovulmasına uğursuz nəticələr səbəb olub.

Şərq konfransında mübarizə aparan və son 7 oyunun 6-da uduzan komanda hazırda 20 xalla 14 klub arasında 13-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, futbolçu karyerası ərzində ölkəsinin PSV, "Ayaks", İngiltərənin "Mançester Yunayted", İtaliyanın "Milan" və "Latsio" komandalarında çıxış etmiş Yap 2020-ci ilin mayında "Tsintsinnati" klubuna baş məşqçi təyin olunmuşdu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO