Ukraynalı deputatlardan Azərbaycanın Vətən müharibəsinin ildönümü ilə bağlı AÇIQLAMA 

Ukraynalı deputatlardan Azərbaycanın Vətən müharibəsinin ildönümü ilə bağlı AÇIQLAMA 

Hazırda oxunan: Ukraynalı deputatlardan Azərbaycanın Vətən müharibəsinin ildönümü ilə bağlı AÇIQLAMA 

38917

“Ötən il baş verən 44 günlük müharibədə azərbaycanlılar qəhrəmanlıq göstərdilər, ərazilərini işğaldan azad etdilər. Bununla da dünya yeni bir dövrə qədəm qoydu: yad torpaqların ələ keçirilməsi hər şeyə qadirliyin əlaməti deyil, təcrid olunmanın müjdəçisi idi". 

Bizim.Media xəbər verir ki, bu fikirləri Ukrayna Ali Radasının (parlament) hakim “Xalqın xidmətçisi” partiyasından deputatlar Yuriy Kamelçuk, Lyudmila Marçenko Maryan Zablotskiy Azərbaycanın qələbəsi ilə başa çatan Vətən müharibəsinin (İkinci Qarabağ müharibəsi) başlamasının ildönümü ilə əlaqədar ünvanlanan müraciətdə deyiblər. 

Müraciətdə bildirilib ki, ən təhlükəli və gözlənilməz qarşıdurmalardan bəziləri "dondurulmuş" terminilə adlandırılan münaqişə ocaqlarıdır: 

“Təəssüf ki, bu yeni termin Qarabağ, Dnestryanı, Abxaziya, Cənubi Osetiya və Donbasdakı torpaqlara yalnız xaos gətirdi. Ukraynada (Donbas) bu münaqişə hələ də həll edilməyib. Azərbaycan dövləti isə buna son qoydu. Azərbaycan ərazi bütövlüyünü bərpa etməklə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, Avropa Şurasının Bəyannaməsinin və ümumiyyətlə, beynəlxalq hüquq normalarının tələblərinin yerinə yetirilməsini təmin etdi.

Sivil əhalinin dəhşətli itkilərinə, raket hücumlarına məruz qalmalarına baxmayaraq Azərbaycanda xalq və dövlət ədaləti cəsarətlə bərpa etdi.

Bu, postsovet məkanında dondurulmuş münaqişələrin həllinə dair bir neçə nümunədən biri idi. Dünya yeni bir dövrə qədəm qoydu, yad torpaqların ələ keçirilməsi hər şeyə qadirliyin əlaməti deyil, təcrid olunmanın müjdəçisi idi. Bu gün həm Ukraynanın, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qardaşlarımızın xatirəsini dərin hörmətlə anırıq! Zəfər naminə, övladlarının gələcəyi naminə həlak olan bu böyük insanlar daim xatirimizdə yaşayacaqlar”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO