ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nulandın oktyabr ayında Moskvaya səfəri gözlənilir.
Bizim.Media xəbər verir ki, bu barədə mənbəyə istinadən İnterfaks agentliyi məlumat yayıb.
Səfərin dəqiq tarixi və görüşün gündəliyi açıqlanmayıb.
Nulandın diplomatiya karyerası 32 ildən çox əvvəl başlayıb. Corc Buşun dövründə Amerika Birləşmiş Ştatlarının NATO yanında Daimi Nümayəndəsi olub.
Barak Obamanın prezident olduğu illərdə, o vaxtlar Rusiya prezidentinin köməkçisi olab Vladislav Surkovla ABŞ dövlət katibinin Avropa məsələləri üzrə köməkçisi kimi Ukrayna ilə bağlı danışıqlar aparıb.
Nuland 2021-ci ilin aprelindən indiki vəzifəsindədir.
Bizim.Media