"Qarabağ"la oyunu səbrsizliklə gözləyirik” – “Omoniya"nın məşqçisi 

Hazırda oxunan: "Qarabağ"la oyunu səbrsizliklə gözləyirik” – “Omoniya"nın məşqçisi 

0:00
0:00
38899

Kiprin "Omoniya" klubunun baş məşqçisi Henninq Berq çempionatın IV turunda "Pafos"la 1:1 hesablı heç-heçə etdikləri qarşılaşmadan sonra “Qarabağ”la oyun barədə danışıb. 

Bizim.Media xəbər verir ki, 52 yaşlı mütəxəssis UEFA Konfrans Liqasının qrup mərhələsinin II turundakı matça köklənmək istədiklərini bildirib:

"Komandamızın müdafiədə yaxşı olduğunu düşünürəm, hücumda isə daha kəsərli olmalıyıq. Bu görüşün nəticəsinin "Qarabağ"la oyundan əvvəl bizə mənfi təsir edəcəyinə inanmıram. Hazırda bu barədə düşünmürük. "Qarabağ"la oyunu səbrsizliklə gözləyirik”. 

Qeyd edək ki, sentyabrın 30-da Nikosiyadakı GSP stadionunda oynanılacaq "Omoniya" – "Qarabağ" matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO