Ərdoğan: “ABŞ əsgərləri Suriya və İraqdan da çıxsınlar”

Ərdoğan: “ABŞ əsgərləri Suriya və İraqdan da çıxsınlar”

Hazırda oxunan: Ərdoğan: “ABŞ əsgərləri Suriya və İraqdan da çıxsınlar”

38836

“Türkiyə istəyərdi ki, ABŞ qoşunları Əfqanıstanı tərk etdikləri kimi Suriya və İraqdan da çıxsınlar”.

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Bu halda Türkiyə Suriyada ABŞ-ın yerini almaq niyyətindədirmi sualına cavabında Türkiyə lideri deyib:

“İcazə verin açıq və düzgün formada sizə deyim – Biz istənilməyən yerdə heç vaxt qalmayacağıq, bizə şad olmayan yerdə heç vaxt olmayacağıq”.
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ hərbçiləri Suriyada üç nəfəri güllələdi


Ərdoğan ümid edir ki, Amerika Birləşmiş Ştatları, Rusiya, İran və Türkiyə birlikdə Suriya və İraqa sülh gətirmək üçün birgə işləyə bilər:

“Çünki dünyada sülh qurmaq niyyətindəyiksə, dünyanın bu bölgələrində qalmağın artıq mənası yoxdur, sadəcə bu xalqlara öz qərarlarını qəbul etmək imkanını verə bilərik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO