Hərbi təyyarəçilərimiz “Texnofest-2021” festivalında növbəti uçuşu nümayiş etdirdilər - FOTO

Hərbi təyyarəçilərimiz “Texnofest-2021” festivalında növbəti uçuşu nümayiş etdirdilər - FOTO

Hazırda oxunan: Hərbi təyyarəçilərimiz “Texnofest-2021” festivalında növbəti uçuşu nümayiş etdirdilər - FOTO

38806

Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən “Texnofest-2021” festivalının son günündə hərbi təyyarəçimizin növbəti uçuşu nümayiş olunub.

Bu barədə Bizim.Media Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Uçuşdan əvvəl Vətən müharibəsi zamanı şəhid olan hərbi qulluqçularımızın əziz xatirəsi yad edilib, Azərbaycan Respublikasının şanlı bayrağı dalğalandırılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan və Türkiyə qırıcıları şərti düşmənin hədəflərinə ZƏRBƏLƏR ENDİRDİ - VİDEO


​​​​​​​Hərbi təyyarəçimizin İstanbul səmasında çətin pilotaj manevrlərlə nümunəvi uçuşu aviaşounu izləyən qonaqların marağına səbəb olub.

Qeyd edək ki, Atatürk Beynəlxalq Hava limanında keçirilən “Texnofest-2021” aviasiya, kosmos və texnologiyalar festivalının dördüncü ilində Azərbaycan Hərbi Hava Qüvvələrinin 2 ədəd MİQ-29 döyüş təyyarələri müxtəlif günlərdə nümunəvi uçuşlar ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO