Rəhman Hacıyev: “Birlikdə bu gözəl diyarı daha da gözəl bərpa edəcəyik” - FOTO

Rəhman Hacıyev: “Birlikdə bu gözəl diyarı daha da gözəl bərpa edəcəyik” - FOTO

Hazırda oxunan: Rəhman Hacıyev: “Birlikdə bu gözəl diyarı daha da gözəl bərpa edəcəyik” - FOTO

38738

“Dünən Qarabağ Dirçəliş Fondu AMCHAM ilə birlikdə iri yerli və beynəlxalq şirkətlərin rəhbərləri üçün işğaldan azad edilmiş Ağdam şəhərinə səfər təşkil etdi.

Bu vacib tədbirin təşkilində əməyi olan hər kəsə və xüsusən də Azərbaycan Prezidentinin Ağdam rayonunun işğaldan azad edilmiş hissəsindəki xüsusi nümayəndəsi Emin Hüseynova göstərdiyi diqqət və dəstəyə görə təşəkkürümü bildirirəm”.
 

MÖVZU İLƏ BAĞLI:

Ağdamda elmi-praktik konfrans KEÇİRİLİR - FOTO 


Bizim.Media xəbər verir ki, bu fikirləri özünün Facebook səhifəsində Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev yazıb.

“Əminəm ki, işğalçıların vurduğu ziyanı öz gözləri ilə görən həmkarlarımız Ağdamın və Qarabağın dirçəlişində fəal iştirak edəcəklər. Biz birlikdə bu gözəl diyarı daha da gözəl bərpa edəcəyik! Qarabağ Azərbaycandır!” deyə o, qeyd edib.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO