Paşinyanın BMT-də söylədiyi yalanlar - TƏHLİL

Paşinyanın BMT-də söylədiyi yalanlar - TƏHLİL

Hazırda oxunan: Paşinyanın BMT-də söylədiyi yalanlar - TƏHLİL

38629

BMT-nin Baş Assambleyasının 76-cı sessiyasında müxtəlif ölkə liderlərinin çıxışları yer alıb. Azərbaycan üçün ən maraqlı çıxışlar arasında Prezident İlham Əliyevin nitqi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışı və işğalçı qonşumuzun baş naziri Nikol Paşinyanın dedikləri olub.

Bizim.Media xəbər verir ki, bəziləri Nikolun çıxışında sülh sazişinin eyhamlarını, əksəriyyət isə gülüş hədəfi ola biləcək sərsəm bəyanatların olduğunu deyir.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan göstəriş verdi: "Bu 4 nəfəri gözdən qoymayın" - ADLAR


Biz isə onun BMT kürsüsündən yenə ermənicəsinə söylədiyi yalanları seçmişik:

"2020-ci ilin payızında Dağlıq Qarabağ təcavüzə məruz qalıb".

1. Əvvəlcə Paşinyanın diqqətinə çatdıraq ki, Ermənistan BMT dəyərləndirmələrinə hörmət etsəydi, İrəvanın işğalı dayandırıb, Azərbaycan torpaqlarından çıxması barədə qətnamələrinə riayət edərdi.

2. Dağlıq Qarabağ adında ərazi vahidi yoxdur. Azərbaycanın həmin zonasında ermənilər yerli əhalinin soyqırımları hesabına qondarma rejim qurublar. Bakı isə ərazi bütövlüyünü bərpa etmək üçün suveren hüquqlarından yararlanıb.

3. 2020-ci il sentyabrın 27-də erməni təxribatlarına cavab olaraq Azərbaycan əks-hücum əməliyyatına start verib. Bu isə təcavüz deyil. Həm də Azərbaycanın haqqı çatır ki, təcavüzlə, qeyri-qanuni yolla zəbt olunan torpaqlarını istənilən üsulla geri qaytarsın. Bu isə təcavüz yox, təcavüzün qarşısının alınmasıdır.

"Azərbaycan ordusu 44 günlük savaş ərzində beynəlxalq normaları pozub və hətta dinc sakinləri də hədəfə alıb".

- 6 həftəlik döyüşlərdə Ermənistanın qadağan olunmuş silahlar, ASALA və başqa terrorçu muzdlulardan istifadə etməsi məlumdur. "İskəndər-M" raketlərinin istifadəsi isə erməni özbaşınalığının kuliminasiyasıdır.

- Onsuz da Bakı gedişatı işıqlandırmaq üçün dünya mediasına şərait yaratmışdı. Fransız, alman, yapon, amerikan, türk və s. KİV-lərin çəkiliş qrupları ermənilərin dinc sakinlərə qarşı vandalizm aktlarının şahidi oldular. Bərdə, Tərtər və Gəncə terrorlarını sadalamaq yetərlidir.

"Azərbaycan Qarabağın nəzarətə götürdüyü hissəsində ermənilərə qarşı etnik təmizləmə siyasəti aparıb".

İttihamın bu növü isə erməniləri ən çox gülüş hədəfinə çevirən həmlədir. Çünki dünya birliyi xəbərdardır ki, 30 illik erməni işğalına baxmayaraq Azərbaycanda 30 min erməni yaşayır. O ki qaldı Qarabağa məskunlaşdırılan ermənilərə, Prezident də dəfələrlə vurğulayıb ki, onların Azərbaycan vətəndaşı kimi orada yaşamasında heç bir problem yoxdur. 

Həm də BMT-nin qaçqınlar üzrə ali komissarlığı etnik təmizləmə siyasətinin ermənilərə xas olduğunu bilir. Yoxsa onlar 1987-ci ildə 250 min azərbaycanlını indiki Ermənistan ərazisindən deportasiya etməzdilər. Əks halda ermənilər Xocalıda soyqırım törətməzdilər. 1 milyon azərbaycanlını Qarabağdan məcburi köçürtməzdilər.

"Atəşkəsin pozulması regiondakı atmosferi daha da gərginləşdirir".
 

Bununla da Nikol etiraf edib ki, Ermənistanın və Qarabağdakı separatçıların atəşkəsi pozması sülhün imzalanması prosesinə ciddi maneədir. 


Paşinyanın iş kəsilən erməni diversantlarını əsir adlandırması və onların azadlığa buraxılmasını qabartması isə onun hələ də diplomat kimi yetişmədiyinin göstəricisidir. Çünki özünün də dediyi kimi, 6 ildən 20 ilədək həbs alan ermənilər atşkəsdən sonra hərbi təxribatlar törədənlərdir ki, Azərbaycan DTX və hərbçilər onları zərərsizləşdirməliydi. Saxlanılanlar isə məsuliyyətə cəlb olunub.
 

Ermənistan baş nazirinin hələ də ağır məğlubiyyət sindromunda qalmasını təsdiqləyən digər fakt Hərbi Qənimətlər Parkından narahatlığını ifadə etməsidir.


"Regional kommunikasiyaların açılmasını vacib sayıram".

Əlbəttə Paşinyanın qaldırdığı bu mövzu Azərbaycan üçün də önəmlidir. Sadəcə İrəvan üçtərəfli bəyanatın şərtlərindən danışırsa, Zəngəzur dəhlizinin açılmasını da unutmamalıdır. Paşinyanın çıxışındakı son yalan isə Qarabağın ermənilər yaşayan hissəsinin statusu ilə bağlı olub. Bakı isə "status" mövzusunu çoxdan tarixin arxivinə tullayıb.

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO