Aktyoru restorandan BUNA GÖRƏ qovdular

Aktyoru restorandan BUNA GÖRƏ qovdular

Hazırda oxunan: Aktyoru restorandan BUNA GÖRƏ qovdular

38549

Hollivudun məşhur aktyoru Nikolas Keyc restorandan qovulub.

Bizim.Media xəbər verir ki bu barədə “The Sun” nəşri məlumat yayıb.  Hadisə sentyabrın 13-də Las Veqasda yerləşən restoranların birində yaşanıb. 

Buna səbəb isə aktyorun sərxoş  vəziyyətdə istirahət məkanında dava salması olub. 

Yaşanan insidentlə bağlı “The Sun” nəşri tərəfindən yayımlanan videoda, pələng naxışlı şalvarda ayaqyalın olan Keyc onu restoranı tərk etməsini istəyən qadınla münahisə etməyi görünür.  Daha sonra aktyoru qaradərili bir restoran gözətçisi müşayiət edərək məkandan çıxarır. 57 yaşlı Keycin  yenidən restorana daxil olma cəhdləri boşa çıxır.  Onu qapıda saxlayırlar. 

Hadisə şahidləri isə sərxoş aktyorun “bomja” bənzədildiyi üçün restorana buraxılmadığını bildiriblər. 

Restoran işçilərinin dediyinə görə, Keyc hadisədən əvvəl bahalı viski və tekila spirtli içkisi sifariş verib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO