“Bakıkart”la bağlı YENİLİK – Bu gündən başlayır - VİDEO

“Bakıkart”la bağlı YENİLİK – Bu gündən başlayır - VİDEO

Hazırda oxunan: “Bakıkart”la bağlı YENİLİK – Bu gündən başlayır - VİDEO

38521

Sərnişindaşımalarda nağdsız ödəniş sisteminin tətbiqinə başlanılır. 

Bizim.Media xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb. 

Bildirilib ki, iş prosesinə uyğun olaraq marşrut xətlərinin mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiyası nəzərdə tutulub. 

İlkin mərhələdə ödəmə sistemi internet portalı üzərindən sərnişinlərin istifadəsinə verilib. Bunun üçün online.bakikart.az portalına daxil olub e-mail və ya telefon nömrəsi ilə qeydiyyatdan keçib şəxsi kabinet yaratmaq lazımdır. 

Kartın balansını iki üsulla artırmaq mümkündür: birbaşa və ya kartın şəxsi kabinetə əlavə edilməsi ilə.  

Daha operativ ödəniş üçün kartı kabinetə əlavə etmək tövsiyə olunur. Ödənilən məbləğ kartın balansına ən geci bir saat ərzində oturacaq. 

Bununla yanaşı vətəndaşların daha rahat və müasir İKT imkanlarından istifadə etməklə ödəmə üsullarından istifadə edə bilməsi üçün də işlər davam etdirilir. Bununla bağlı fəaliyyət planına əsasən mərhələli qaydada internet portalı üzərindən ödəmənin tətbiqi, QR kod, NFC və EMV (bank kartı il birbaşa ödəniş) texnalogiyalarından istifadə nəzərdə tutulub. 

Həmçinin, “BakıKart” sisteminə inteqrasiya olunan “MilliÖn” ödəmə terminallarının sayı da artırılaraq 1000-ə çatdırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO