Azərbaycanın sosial şəbəkələri haradan idarə olunur? - Özünü “bəyən”mişlər DİQQƏTLİ OLUN! 

Azərbaycanın sosial şəbəkələri haradan idarə olunur? - Özünü “bəyən”mişlər DİQQƏTLİ OLUN! 

Hazırda oxunan: Azərbaycanın sosial şəbəkələri haradan idarə olunur? - Özünü “bəyən”mişlər DİQQƏTLİ OLUN! 

38389

Bir çox ölkələr son vaxtlar tez-tez və əsassız bloklanmalara görə “Facebook”dan şikayət edir, sosial şəbəkəni məhkəməyə verir.

Bu problem Azərbaycanda da var, nümunə kimi elə çalışdığım saytın işçilərinin profilləri müxtəlif paylaşımlara görə "Facebook" tərəfindən əngəllənir.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Facebook"a hansısa şikayət, yaxud müraciət planlaşdırırmı? 

“Belə hallara aid sübutlar təqdim olunsa, müraciət edə bilərik. Müraciət üçün əsaslar olmalıdır”.

Bizim.Media-nın məsələ ilə bağlı sorğusuna Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin cavabında belə deyilir. Digər sualımız isə belədir:

Deyilənə görə, Azərbaycanın “Facebook”u Türkiyə, "YouTube"u Rusiyadakı ofislərin nəzarətindədir? Gələcəkdə kontrol mexanizmi Bakıya keçə bilərmi?

“Böyük şirkətlərin hər ölkədə ofisi olmur. Şirkət siyasətinə uyğun olaraq müxtəlif ölkələrdə ofislər açılır. Biz məsələnin əhəmiyyətindən asılı olaraq bəzən regional ofislərlə, bəzən isə birbaşa baş ofislərlə əlaqə saxlayırıq. Gələcəkdə sözügedən qurumların Azərbaycanda regional ofislərinin açılması üçün işlər aparılır”.

Sonda məlumat üçün qeyd edək ki, “Facebook” xidmətləri avtomatlaşdırılıb. Yəni, sosial şəbəkənin arxasında oturub Türkiyədən, yaxud Rusiyadan sizi bloklamırlar.

Sadəcə olaraq müəyyən sadə müddəalar var ki, onlarla tanış olmaq lazımdır. Məsələn, əgər bir nəfər öz profilində paylaşdığını “like” edərsə, yaxud 3 dəfə təkrar bölüşərsə, “Facebook” həmin hesabı saxta profil hesab edərək bloklaya bilər. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO