Ermənistanın eks təhlükəsizlik naziri: “Nikol Paşinyan mütləq istefa verməlidir”

Ermənistanın eks təhlükəsizlik naziri: “Nikol Paşinyan mütləq istefa verməlidir”

Hazırda oxunan: Ermənistanın eks təhlükəsizlik naziri: “Nikol Paşinyan mütləq istefa verməlidir”

3829

Müharibədə məğlub olan və kapitulyasiya aktına imza atan bir şəxsin baş nazir kimi fəaliyyət göstərməyə hüquqi və mənəvi haqqı yoxdur.

Bizim.Media  xəbər verir ki, bu sözləri Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri Artur Vanesyan deyib.

O bildirib ki, baş nazir Nikol Paşinyan mütləq istefa verməlidir. Yeni baş nazir təcrübəli və qonşu dövlətlərin rəhbərləri ilə yaxşı əlaqələr qurmağı bacaran şəxs olmalıdır. N.Paşinyan istefa verməsə, Ermənistan siyasi böhrandan çıxa bilməyəcək. Siyasi böhran ölkə dağılanadək davam edəcək.

Qeyd edək ki, “Vətən” partiyasının rəhbəri olan A.Vanesyan noyabrın 29-da Yerevanda kütləvi etiraz aksiyası keçirir. O, tərəfdarları ilə birlikdə N.Paşinyanın istefasını tələb edir. Aksiyaya Qarabağ müharibəsi zamanı ölmüş və itkin düşmüş əsgərlərin valideynləri də qoşulublar.

Aksiya iştirakçıları polis zorakılığına məruz qalıblar.

Bizim Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO