Qazax sakini minaya necə düşüb? - TƏFƏRRÜAT - VİDEO

Qazax sakini minaya necə düşüb? - TƏFƏRRÜAT - VİDEO

Hazırda oxunan: Qazax sakini minaya necə düşüb? - TƏFƏRRÜAT - VİDEO

38172

Prokurorluq Qazax sakininin minaya düşərək ölməsi barədə məlumat yayıb. 

Rayon prokurorluğundan Bizim.Media-ta daxil olan məlumatda deyilir: 

"22 sentyabr 2021-ci il tarixdə Ermənistanla sərhəd olan Qazax rayonunun Bala Cəfərli kəndi ərazisində təmir işləri aparan zaman 1988-ci il təvəllüdlü Məmməd Mərdanov idarə etdiyi traktorla tank əleyhinə minaya düşməsi nəticəsində ölüb. 

Prokurorluq əməkdaşları tərəfindən ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib. 


Faktla bağlı Qazax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Hazırda istintaq davam edir". 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO