Təbrizin "Traktor" futbol komandasının oyunçuları Azərbaycan barədə mahnı oxuyublar.
Avtobusda Nurlan Ordubadlının "Yaşa Azərbaycan" nəğməsini hərkəz bir ağızdan ifa edib.
İran çempionatında çıxış edən Cənubi Azərbaycanın “Traktor Sazi” klubu azarkeşlərinin sayına görə bütün rekordları alt-üst edir. Təbriz komandası keçirdiyi oyunlarda onu çılğınca dəstəkləyən böyük azarkeş ordusuna sahibdir.
Bundan əlavə “Traktor Sazi” türkdilli ölkələrin komandaları arasında ən çox azarkeşi olan klub hesab edilir.
Klubun azarkeşləri oyun zamanı tez-tez Azərbaycan dilində mahnılar səsləndirirlər. Xatırladaq ki, oyunların birində azarkeşlər uca səslə “Sən yaşa Azərbaycan” deyə şüarlar səsləndiriblər.
Görüntülər sosial şəbəkədə yayılıb.
Bizim.Media