Bakı-Tbilisi-Ceyhan 142 milyon bareldən çox BTC nefti nəql edib

Bakı-Tbilisi-Ceyhan 142 milyon bareldən çox BTC nefti nəql edib

Hazırda oxunan: Bakı-Tbilisi-Ceyhan 142 milyon bareldən çox BTC nefti nəql edib

37837

Bu ilin əvvəlindən Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən "BOTAS International Limited" (BIL) şirkəti Ceyhan terminalından 142,338 milyon barel xam neft nəql edib. 
 
Bizim.Media xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib. Bu həcmdə xam neft 196 tankerə yüklənərək dünya bazarlarına yola salınıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakı-Tbilisi-Ceyhan boru kəməri üzrə xərclər artıb? - RƏSMİ


Ümumilikdə indiyə qədər limandan 3 milyard 713,3 milyon barelə yaxın xam neft 4 855 tankerə yüklənib. 
 
BIL 2001-ci ildə BTC-ni Türkiyə ərazisində istismar etməklə səlahiyyətləndirilib. Ceyhan terminalında BTC-dən xam neftin ilk tankerə yüklənməsi 2006-cı il iyunun 2-də baş tutub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO