Professor COVID-dən danışmağa niyə TÖVBƏ ETDİ? - SƏBƏB

Professor COVID-dən danışmağa niyə TÖVBƏ ETDİ? - SƏBƏB

Hazırda oxunan: Professor COVID-dən danışmağa niyə TÖVBƏ ETDİ? - SƏBƏB

37788

Tibb elmləri doktoru, professor Adil Qeybulla mediada koronavirus mövzunda açıqlama verməkdən imtina edib.

Bu barədə Bizim.Media-ya həkimin özü bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Koronavirusun öldürücü ştammı Azərbaycana keçib? – Professordan yeni təhlükə xəbərdarlığı


O, hətta bu məsələdə media nümayəndələrindən də incidiyini dilə gətirib:

“Bilirsiz ki, mən heç vaxt mətbuatdan qaçmamışam və jurnalistlərin suallarından da yayınmamışam. Sadəcə olaraq sosial şəbəkələrdə, xüsusilə “Facebook”da verdiyim açıqlamaların altında çox iyrənc şərhlər, təhqir və söyüşlər gəlirdi. Barəmdə çox tərbiyəsiz ifadələr yazlırdı. Hansı ki, onları dilə gətirmək mümkün deyil. Bu səbəbdən özümə embarqo qoydum. Maraqlısı budur ki, vətəndaş mövqeyi lazım olanda heç kim danışmırdı. Amma indi bu məsələyə qısqanc yanaşanlar var.
 

Ən dəhşətlisi odur ki, bu cür söyüşlər olanda jurnalistlər kənara çəkilir və bir adam müdafiə etmir”, deyə professor qeyd edib. 


Adil Qeybullanın sözlərinə görə son vaxtlar sosial şəbəkələrə təriqət zombiləri, radikal düşüncəli və mariginal təfəkkürlü şəxslər doluşub: 

“Halbuki sosial şəbəkə bundan ötrü deyil. Sosial şəbəkələr Azərbaycan kimi ölkədə qlobal problemləri, milli məsələləri, Azərbaycan tarixinin bizə görünməyən qaranlıq səhifələrini açmaq, analiz etmək və təsəvvürləri düzgün formalaşdırmaq üçün gərəkdir. Bu şəbəkələr insanların inkişafına xidmət etməkdənsə, söyüş yuvasına və tərbiyəsiz insanların ünsiyyət yerinə çevrilib. Ona görə də hər hansı bir məlumatın ora çıxması xoş olmayan şeylərə səbəb olur”. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO