Bu ilin 8 ayında neft-qazdan nə qədər valyuta əldə etmişik? – ARTAN RƏQƏMLƏR

Bu ilin 8 ayında neft-qazdan nə qədər valyuta əldə etmişik? – ARTAN RƏQƏMLƏR

Hazırda oxunan: Bu ilin 8 ayında neft-qazdan nə qədər valyuta əldə etmişik? – ARTAN RƏQƏMLƏR

37764

Bu gün "Əsrin müqaviləsi"nin imzalanmasının 27-ci ildönümü və Neftçilər Günüdür. 

Xatırladaq ki, 1994-cü ilin sentyabrın 20-də "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" üçün dünyanın 11 ən iri neft şirkəti arasında müqavilə imzalanıb. Ondan sonra ölkəmizin ixrac potensialı birə-beş artıb.

Bəs, bu il neft və qaz ixracından ölkəmizə nə qədər vəsait daxil olur?

Bizim.Media
Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ilin 8 ayında neft və qaz sektoruna daxil olan məhsulların ixracından ölkəmizə 11 milyard 350 milyon 870 min dollar vəsait daxil olub. 
 

MÖVZU İLƏ BAĞLI:

“Əsrin müqaviləsi”nin imzalanmasından 27 il KEÇİR 


Bu ümumi ixracın 87.75 faizini təşkil edir.

İxrac olunan məhsulların dəyər statistikasını təqdim edirik:

Bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları -
8 milyard 498 milym 811 min dollar,

Xam məhsullardan başqa, bitumlu süxurlardan alınmış neft və neft məhsulları; tərkibində neft və ya neft məhsullarının miqdarı 70 kütlə % və ya daha çox olan məhsullar - 448 milyon 407 min dollar, 

Təbii qaz - 2 milyard 350 milyon 391 min dolllar, 

Neft koksu - 15 milyon 120 min dollar,

Neft bitumu - 25 milyon 176 min dollar,

Digərləri -  12 milyon 962 min dollar.

Xatirə Nəsirli, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO