Rüşvət üstündə tutulan jurnalistdən XƏBƏR VAR – ÖZƏL

Rüşvət üstündə tutulan jurnalistdən XƏBƏR VAR – ÖZƏL

Hazırda oxunan: Rüşvət üstündə tutulan jurnalistdən XƏBƏR VAR – ÖZƏL

37746

Rüşvət alarkən yaxalanan və barəsində həbs qəti imkan tədbiri seçilən  “Azadinfo. Az” saytının rəhbəri Mahir (Xəttab) Ələkbərovla bağlı istintaq davam edir. Mahir Xəttabın cəzasının ev dustaqlığı ilə əvəzlənməsi ilə bağli müraciət hazırlanır.

Bu barədə Bizim.Media-ya açıqlamasında jurnalistin vəkili Mehman Muradlı məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

Sayt rəhbəri Ramiz Göyüşovdan iki min manat rüşvət alarkən YAXALANDI


Vəkil xatırladıb ki, sentyabrın 16-da Bakı Apellyasiya Məhkəməsində Mahir Ələkbərovun (Xəttab) barəsində olan həbs qəti imkan tədbiri ilə bağlı Binəqədi rayon məhkəməsinin qərarından verilən apellyasiya şikayətinə baxılıb:

“Şikayət araşdırılsa da təmin edilməyib. Məhkəmə Mahir Ələkbərovun ev dustaqlığına buraxılmasını məqbul saymayıb. Amma yenidən yaxın günlərdə ev dustaqlığının təmin olunması ilə bağlı müraciət edəcəyik”. 

Vəkil hazırda Kürdəxanı həbsxanasında saxlanılan jurnalistin səhhəti ilə bağlı heç bir problem olmadığını əlavə edib. 

Xatırladaq ki, Mahir Ələkbərov (Xəttab) sentyabrın 9-da axşam saatlarında Yeni Azərbaycan Partiyasının Binəqədi rayon şöbəsinin sabiq sədri Ramiz Göyüşovdan 2 min manat alarkən Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəllənin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. Binəqədi rayon məhkəməsinin qərarı ilə 3 ay həbs qətimkan tədbiri seçilib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO