“Neftçi” klubu “Keşlə”ni məğlub etdi

“Neftçi” klubu “Keşlə”ni məğlub etdi

Hazırda oxunan: “Neftçi” klubu “Keşlə”ni məğlub etdi

37700

Sentyabrın 19-da futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun daha bir oyunu keçirilib.

Bizim.Media xəbər verir ki, turun üçüncü matçında son çempion "Neftçi" autsayder "Keşlə"ni qəbul edib. “Bakcell Arena”da baş tutan qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda ilk qol 36-cı dəqiqədə vurulub. Yusuf Lavalın sağ cinahdan ideal ötürməsini qəbul edən Sezar Meza Kolli sabiq komandasını cəzalandırıb.

Birinci hissə "ağ-qaralar"ın minimal hesablı üstünlüyü ilə başa çatıb.
 

MÖVZU İLƏ BAĞLI:

AFFA-dan “Qarabağ”la “Neftçi”yə XƏBƏRDARLIQ 


İkinci yarıya da fəal başlayan flaqman 50-ci dəqiqədə fərqi 2 topa çatdırıb. Bu dəfə "ağ-qaralar"ın yeni transferi Ramon Maçado fərqlənib.

Fasilədən sonra Meza Kollinin yerinə meydana daxil olan braziliyalı futbolçu yaxşı təşkil olunmuş hücumu dəqiq zərbə ilə tamamlayıb. Bu, 30 yaşlı forvardın paytaxt təmsilçisində ilk qolu olub. Oyunda son nöqtəni isə 68-ci dəqiqədə İsmayıl Zülfüqarlı qoyub.

Bu qələbədən sonra xallarını 7-yə çatdıran "Neftçi" 3-cü pilləyə yüksəlib. Xalı olmayan "Keşlə" isə sonuncudur.

Qeyd edək ki, IV turun ilk iki oyununda "Qəbələ" evdə "Səbail"i 5 cavabsız qolla məğlub edib, "Zirə" isə "Sabah"la 1:1 hesablı heç-heçə ilə razılaşıb. Tura sentyabrın 20-də keçiriləcək "Qarabağ" - "Səbail" matçı ilə yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO