İnquşetiyanın rəhbəri seçki məntəqəsində ləzginka oynadı – VİDEO

İnquşetiyanın rəhbəri seçki məntəqəsində ləzginka oynadı – VİDEO

Hazırda oxunan: İnquşetiyanın rəhbəri seçki məntəqəsində ləzginka oynadı – VİDEO

37675

İnquşetiyanın başçısı Mahmud-Əli Kalimatov bir seçki məntəqəsində ləzginka oynayıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “mk.ru” saytı yayıb.

Mənbə yazır ki, müvafiq video YouTube portalında İnquşetiya Respublikasının rəsmi hesabında görünüb.

Kadrlardan görünür ki, Kalimatov məntəqələrdən birinin yaxınlığında məmurların yanında dayanıb, sonra musiqi çalmağa başlayıb və hicablı qadın onu rəqsə dəvət edib. İnquşetiyanın başçısı müqavimət göstərə bilməyib və ləzginka rəqsi edib.

Sonra yenidən yoldaşlarının yanına qayıdıb.

Kalimatov cümə günü dogma Sunza şəhərində keçirilən səsvermədə iştirak edib. Dünən isə seçkilərin ikinci günündə Magas, Nazran və Nazran rayonunda on iki seçki məntəqəsini ziyarət edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO