Azərbaycanda ötən il 78 245 abort qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin "Azərbaycanda kişilər və qadınlar" məcmuəsində öz əksini tapıb. Onların 2 335 və ya 3,0 faizi ilk dəfə hamilə olan qadınlarda həyata keçirilib.
15-17 yaş arasında olan qadınlarda 72, 18-19 yaşda 2 679, 20-24 yaşda 13 054, 25-29 yaşda 23 468, 30-34 yaşda 23 645, yaşı 35-dən çox olan qadınlarda isə 15 327 abort həyata keçirilib.
Qeyd edək ki, Azərbaycanda 2023-cü ildə 73816 abort qeydə alınıb.
5-17 yaş üzrə 68, 18-19 yaş üzrə 2528, 20-24 yaş üzrə 12315, 25-29 yaş üzrə 22140, 30-34 yaş üzrə 22306, 35-49 yaş üzrə 14376 abort faktı qeydə alınıb.
Naibə Məmmədova, Bizim.Media