Ermənistan tərəfindən 29 oktyabrda Tərtərə atılan “Smerç” raketi rayon muzeyinə təhvil verilib.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitter hesabında yazıb:
“Ermənistan tərəfindən 29 oktyabrda Tərtərə atılan “Smerç” raketi düşdüyü evdən götürülərək yerli muzeyə verilib”.
Qeyd edək ki, bu gün diplomatik korpusların və beynəlxalq təşkilatların nümayəndələri Tərtərə və işğaldan azad olunmuş Ağdama səfər ediblər.
Bizim.Media