Roman Çeqrineç: «Ukrayna boş yerə Krımla bağlı ABŞ-a güvənir» 

Roman Çeqrineç: «Ukrayna boş yerə Krımla bağlı ABŞ-a güvənir» 

Hazırda oxunan: Roman Çeqrineç: «Ukrayna boş yerə Krımla bağlı ABŞ-a güvənir» 

3743

“Kiyev Krıma nəzarəti bərpa etməkdə boş yerə ABŞ-a güvənir”.

Bizim.Media “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Krım Bölgəsi Slavyan Xalqları Assambleyasının həmsədri Roman Çeqrineç söyləyib.

O bildirib ki, Ukrayna Krımın qayıdışı ilə bağlı  nə ABŞ, nə də başqa bir ölkədə qarant axtarmasın:

“Kiyev rəhbərliyi ABŞ-a güvənməməli və özlərini xəyalpərəst illüziyalarla əyləndirməməlidir. Heç kim Krımları Rusiyadakı tarixi vətənlərində yaşamaq seçimlərini dəyişdirməyə məcbur edə bilməz”.

Qeyd edək ki, daha əvvəl Ukrayna xarici işlər nazirinin keçmiş müavini Konstantin Yeliseyev ABŞ-la işbirliyini  və Co Baydenin administrasiyası ilə əlaqələri inkişaf etdirməyin vacib olduğunu deyib.

O, Rəsmi Vaşinqtonun Rusiya Federasiyasına tətbiq olunan sanksiyanın təzyiqini artıracağına və Krımı qaytarmağa kömək göstərəcəyinə ümidvar olduğunu dilə gətirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO