Bazar gününü hava şəraiti - yağış, qar, külək

Bazar gününü hava şəraiti - yağış, qar, külək

Hazırda oxunan: Bazar gününü hava şəraiti - yağış, qar, külək

3738

Milli Hidrometeorologiya Xidməti  Azərbaycanda noyabrın 29-na gözlənilən hava şəraiti açıqlayıb.

Bizim.Media-nın məlumatına görə, sabah Bakıda və Abşeron yarımadasında hava buludlu olacaq, gecə və axşam bəzi yerlərdə yağış yağacaq, mülayim cənub-şərq küləyi əsəcək.

Temperatur Abşeron yarımadasında gecə 6-9, gündüz 10-13, Bakıda gecə 7-9, gündüz 11-13 dərəcə olacaq.

Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 770 mm civə sütununa enəcək, nisbi rütubət 65-75 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında isə hava şəraiti  əsasən yağmursuz keçəcək, lakin gündüzdən başlayaraq bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.  Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.

Gecə və səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-6, gündüz 8-12 dərəcə , dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Noyabrın 29-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO