Rusiya lideri Putin ailəsinin üçüncü oğul övladı olub. Böyük qardaşları uşaqlıqda ölüb.
Bizim.Media xəbər verir ki, Putinin atası zavodda usta olub, anası da zavodda işləyib, hətta Leninqrad blokadasının şahidi olub.
Putinin babası məşhur aşpaz olub.
Putin uşaqlıqdan sovet kəşfiyyat filmlərini sevirmiş və böyüyəndə təhlükəsizlik orqanlarında çalışmağı arzulayıb.
Məktəb illərindən xanımlarla münasibətdə ad çıxarıb. Hələ 5-ci sinifdə Putinin qızlarla öpüşdüyü deyilir.
Məktəb vaxtı mərc, mübahisə və davalar da yaşayıb.
Məzun gecəsində sinif rəhbərilə 20 ekler yeyəcəyi barədə mərcə girib, amma 14-nü yeyə bilib.
Cüdo üzrə Leninqrad çempionudur. Bu idman növündən qara kəməri 18 yaşında alıb.
1973-75-ci illərdə sambo və cüdo üzrə idman ustası adını qazanıb.
1974-cü ildə lotoreyadan “Zapı” (Zaporojets) udub.
Alman dilini mükəmməl bilir.
1991-ci ildə partiyadan ilk çıxanlardandır.
Balıq tutmağı və təbiətdə istirahəti sevir.
Putinin 6-ya yaxın iti var. Onların arasında labrador, akito, pudil, qarraqaçan, alabay və s. var.
Keçi və at da saxlayır.
Qol saatını sağ əlinə taxır.
Bizim.Media
- A-
- A
- A+
Region
09:00 / 17.09.2021
Putin lotoreyada “Zapı” udub – Rusiya lideri haqda MARAQLI FAKTLAR
Hazırda oxunan: Putin lotoreyada “Zapı” udub – Rusiya lideri haqda MARAQLI FAKTLAR
Hazırda oxunan: Putin lotoreyada “Zapı” udub – Rusiya lideri haqda MARAQLI FAKTLAR
37281
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.