KXDR mətbuatı ölkə liderinin bacısı Kim Yö Çjonun Koreya Respublikasının Prezidenti Mun Çje İni tənqid edən qalmaqallı bəyanatını dəfələrlə çap etməsinə baxmayaraq yenidən yayımlamayıb.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Yonhap agentliyi yayıb.
Mənbə yazır ki, bir gün əvvəl Cənubi Koreya Çxunçxon-Hamdo əyalətindəki poliqonda raket atıb, bundan sonra Mun Çje İn Koreya Respublikasının ballistik qurğuların inkişaf etdirilməsinin Pxenyan üçün kifayət qədər çəkindirici faktor olacağını söyləyib.
MÖVZU İLƏ BAĞLI:
KXDR lideri görün nədən imtina etdi?
Cavab olaraq, Şimalda elə həmin gün Koreya İşçi Partiyası Mərkəzi Komitəsinin təbliğat və təşviqat şöbəsinin müdir müavini, KXDR lideri Kim Çen Inın kiçik bacısı Kim Yö Çjonun bəyanatını dərc edib.
O, Cənubi Koreya liderini "ölkənin prezidenti olmağa layiq olmayan bir axmaq" adlandırıb və bu cür açıqlamaların Şimalla Cənub arasındakı münasibətlərin tamamilə dondurulmasına səbəb ola biləcəyi xəbərdarlığını edib.
Eyni zamanda, Kim Yö Çjon vurğulayıb ki, Pxenyan hadisələrin belə inkişafını istəmir.
Bizim.Media