Azərbaycan tibbi maska ixrac edəcək

Azərbaycan tibbi maska ixrac edəcək

Hazırda oxunan: Azərbaycan tibbi maska ixrac edəcək

3723

Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC-nin tibbi maska istehsalı müəssisəsi xarici ölkələrə məhsul ixrac edəcək.

Bu barədə şirkətin rəhbəri Səkinə Babayeva Bizim.Media-ya müsahibəsində bildirib.

Səkinə Babayeva bildirib ki, müəssisənin hazırki istehsal səviyyəsi ölkədə tibbi maskaya olan təlabatı tam ödəyir və xarici ölkələrə ixraca zəmin yaradır:

“İxracla bağlı müəssisəmizə müraciət edən ölkələr var. Hazırda İsveçrədə tibbi maskaların gigiyenik və tam olaraq steril olmasını sübut edən sertifikat almaq üçün müraciət etmişik. Birinci mərhələdən keçmişik, artıq ikinci mərhələdəyik”.

Müəssisə rəhbəri qeyd edib ki, yaxın 15 gün ərzində ikinci mərhələnin nəticələri məlum olacaq. Bundan sonra tibbi maskaların ixrac olunacağı ölkələrin adları açıqlanacaq və ixraca başlanılacaq.

Qeyd edək ki, tibbi maska istehsalı müəssisəsi bu il aprelin 6-da ölkədə tibbi maskalara yaranmış təlabatı qarşılamaq məqsədilə yaradılıb. Müəssisə hazırda gün ərzində 400 min maska istehsal edir. Maskaların satış qiyməti 0,12-0,17 qəpik arasıdır.

Təranə Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO