İranın Ermənistana DÜŞMƏNÇİLİYİ - Xırda çıxarlar böyük məqsədlərdən yayındırır

İranın Ermənistana DÜŞMƏNÇİLİYİ - Xırda çıxarlar böyük məqsədlərdən yayındırır

Hazırda oxunan: İranın Ermənistana DÜŞMƏNÇİLİYİ - Xırda çıxarlar böyük məqsədlərdən yayındırır

37028

İran Ermənistanın ən önəmli iqtisadi tərəfdaşlarından biridir. Xüsusilə də strateji əhəmiyyətli, eyni zamanda qida məhsullarının böyük bir hissəsi Ermənistana məhz İrandan idxal olunur. Rəsmi İrəvanın cənub qonşumuzdan iqtisadi asılılığını anlamaq üçün isə statistik göstəricilərə nəzər salmaq yetərlidir. Belə ki, Ermənistanın xarici ticarətinin 40%-ə yaxın bir hissəsi məhz İranla olan dövriyyənin payına düşür.

44 günlük müharibənin nəticələrindən sonra isə bu təminat kifayət qədər risk altına düşmüş oldu.
 

MÖVZU İLƏ BAĞLI:

Tehranın Qərbdən 30 milyon vaksin istəyi – Avropa İranla razılaşacaqmı? 


Mövcud reallıqla razılaşmaq istəməyən İrəvan qalib Azərbaycanın diqtə etdiyi şərtlərlə hesablaşmaq məcburiyyətindədir. Sentyabrın 10-da Azərbaycan işğaldan azad etdiyi Gorus-Qafan yolunda polis postları qurmaqla post-müharibə dönəmində Ermənistana qarşı ən tutarlı həmlələrindən birini gerçəkləşdirdi. Bakı ərazi bütövlüyünün tanınmasının, dayanıqlı sülh müqaviləsinin imzalanmasının və iqtisadi münasibətlərinin qurulmasının tərəfdarıdır. Hüquqi və mənəvi baxımdan tam ədalətli mövqe tutan Azərbaycanın istəkləri ilə razılaşmamaq hazırda Ermənistan qədər heç kimə ziyanlı deyil. Və bu anlamda İran qədər Ermənistana düşmənçilik edən ikinci dövlət də yoxdur.

Çünki Tehranın Azərbaycana qarşı yürütdüyü üzdə başqa, gizlin düşmənçilik siyasətindən Ermənistan qədər heç km ziyan çəkmir. 


Gedişat onsuzda çökmüş vəziyyətdə olan ölkənin iqtisadiyyatının daha da dərinlərə yuvarlanacağını göstərir. Çünki təkcə İrandan Ermənistana daşınan yüklər arasında strateji əhəmiyyətə malik olan məhsullar (xüsusilə də yanacaq) üstünlük təşkil edir. Bu cür məhsulların İrəvan üçün daha baha başa gəlməsi isə avtomatik olaraq qiymət artımını tətikləyəcək və əhalisi xaricə qaçmaq üçün fürsət axtaran ölkədə narazılıqlar daha da artacaq.

Vəziyyətin qeyd olunan formada davam etməsi isə, Nikol Paşinyan hökumətinin seçkiqabağı kampaniyada verdiyi vədlərin puç olması ilə nəticələnməsi deməkdir.
 

Buna müvafiq olaraq xalqın artan narazılığının da Ermənistan hökumətinin uğursulzuğu qədər böyük olacağını önəcədən təsəvvür etmək olar.


Vurulan zərbənin təsiri isə, tək İrəvanda hiss olunmayacaq, Qarabağın erməni əhalisi də bu durumdan nəsibini alacaq. Yəni, Gorus-Qafan yolunu nəzarətə götürmək Azərbaycanın bir dövlət kimi bütün beynəlxalq hüquq normalarına uyğun olaraq doğal haqqıdır. 

Ermənistan üçün son çarə - sülh
 

Gorus-Qafan yolunun nəzarətə götürülməsindən öncə də Ermənistan daxilində hökm sürən siyasi və iqtisadi gərginlik İrəvan hökumətinin çıxış yollarını onsuzda minimuma endirmişdi.


İndi isə, vəziyyət günbəgün daha da kritik hal almaqdadır. Görünən qədərilə isə, sərhədlərinin 80%-i Azərbaycan və Türkiyə ilə bağlı olan, eyni zamanda İranla da yeganə əlaqə marşrutu rəsmi Bakının nəzarətinə keçən Ermənistan üçün regionda kommunikasiyaların bərpasından başqa çıxış yolu qalmayıb. 

Belə olan halda isə, yaxın perspektivdə İrəvanın Bakı ilə danışıqlar masasına oturması, eyni zamanda Azərbaycanın tələblərinə uyğun şəkildə sülh müqaviləsinə imza atmaqdan başqa yolu qalmır. Ermənistan hökuməti və ictimaiyyəti bunu nə qədər tez anlasa, sülh içində yaşamağın nə qədər faydalı olduğunu da tez görmüş olacaq.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO