Altı ayda kreditlər və ssudalar üzrə xalis maliyyə aktivləri 4,8 milyon dollar artıb, xalis maliyyə öhdəlikləri isə 574,8 milyon dollar azalıb.
Bizim.Media Mərkəzi Banka istinadla xəbər verir ki, kreditlər və ssudalar üzrə xalis maliyyə öhdəlikləri bank sektorunun kreditləri (1,9 milyon dollar) hesabına artıb, birbaşa dövlət kreditləri (254 milyon dollar), dövlət təminatlı kreditlər (151,8 milyon dollar), neft-qaz sektorunun kreditləri (142,1 milyon dollar), firmaların və digər müəssisələrin kreditləri (28,8 milyon dollar) hesabına isə azalıb.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda problemli kreditlər artıb
Depozitlər və nağd valyuta üzrə xalis maliyyə aktivləri 10 milyon dollar artıb, xalis maliyyə öhdəliklərində isə 31,5 milyon dollar azalma olub.
Bizim.Media