Bakıda qızına narkotik maddə vuraraq qəsdən öldürməkdə təqsirləndirilən Hacıağa Salamovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bizim.Media xəbər verir ki, lakin atanın qızını bu üsulla öldürməsinin səbəbi ictimaiyyətə müəmmalı qalıb.
İttihama görə, hadisə bu ilin martında Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən fərdi evdə qeydə alınıb.
1985-ci il təvəllüdlü Salamova Gülər Hacıağa qızının meyiti yaşadığı evdə aşkarlanıb. Xəzər rayon Prokurorluğunun araşdırmasına əsasən, 1960-cı il təvəllüdlü Hacıağa Salamov qısqanclıq zəminində qızının bədəninə iynə ilə yüklü miqdarda heroin yeridib.
Nəticədə G.Salamova zəhərlənərək ölüb. Məhkəmədə ifadə verən H.Salamov özünü ittiham üzrə tam təqsirli bilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H. Salamov qəsdən adam öldürmə, narkotik vasitələri əldə etmə və saxlama maddələri ilə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. (lent.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:45 / 14.09.2021
Bakıda ata qızının damarına heroin vurub öldürdü
Hazırda oxunan: Bakıda ata qızının damarına heroin vurub öldürdü
Hazırda oxunan: Bakıda ata qızının damarına heroin vurub öldürdü
36947
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.