Məktəblərdə səyyar vaksinasiya məntəqələri bərpa edildi

Məktəblərdə səyyar vaksinasiya məntəqələri bərpa edildi

Hazırda oxunan: Məktəblərdə səyyar vaksinasiya məntəqələri bərpa edildi

36772

Ümumi təhsil müəssisələrində təhsil işçiləri üçün səyyar vaksinasiya məntəqələri yaradılıb.

Bu barədə Bizim.Media-ya Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Təhsil Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi birgə olaraq Bakı şəhəri üzrə 14, 56, 129, 158 və 276 nömrəli tam orta məktəblərdə təhsil işçilərinin vaksinasiyasını həyata keçirəcək.

Səyyar vaksinasiya məntəqələrinin sayının artırılmasında məqsəd təhsil işçilərinin vaksinasiya prosesinin sürətləndirilməsidir.

Qeyd edək ki, yaradılan məntəqələr pandemiya şəraitində ənənəvi tədris mühitinin davam etdirilməsi üçün pedaqoji və texniki heyətin vaksinasiya prosesi üçün nəzərdə tutulub.

Təhsil Nazirliyi olaraq bütün təhsil işçilərini virusdan qorunmaq üçün peyvənd olunmağa və sanitar-gigiyenik normalara əməl etməyə çağırırıq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO