Jurnalist Azər Qərib Şuşaya gedib.
Bizim.Media xəbər verir ki, jurnalist özünün “İnstagram” hekayəsində bu barədə paylaşım edib.
Belə ki, Azər Qərib Cıdır düzündə oğlu ilə olan fotosunu izləyiciləri ilə bölüşüb.
Bloqer paylaşımın açıqlama qismində bu sözləri qeyd edib:
“52 il əvvəl Atamla olmuşdum Cıdır Düzündə, bu gün oğlumla gəlmişəm…”
Qeyd edək ki, məşhur bloqer daha əvvəl verdiyi açıqlamalardan birində ən böyük arzusunun Şuşaya getmək olduğunu bildirmişdi.
Bizim.Media