Ermənistanın yeni iqtisadiyyat naziri Vahan Kerobyanın təyinatından öncə «Əl-Cəzirə» telekanalına verdiyi açıqlama erməni ictimaiyyətində böyük müzakirələrə səbəb olub.
Bizim.Media xəbər verir ki, Qarabağ Müharibəsi zamanı münaqişə zonasına yollanan Kerobyan müsahibəsində Ermənistan ordusunun zəif olduğunu etiraf edib.
“Bizə vəziyyətlə bağlı çoxlu nağıl danışılıb. Biz fikirləşirdik ki, ordumuz çox güclü və çox böyükdür, ona görə hər şeyi edə bilərik. Ancaq reallığa gəldikdə isə, cəmiyyətdə heç kimin real vəziyyətdən xəbəri yox idi. İndi isə layiq olduğumuz nəticəni əldə etmişik”.
Bizim.Media