Tədrisin təşkili ilə bağlı standart qaydalar hazırlanır – EKSKLÜZİV 

Tədrisin təşkili ilə bağlı standart qaydalar hazırlanır – EKSKLÜZİV 

Hazırda oxunan: Tədrisin təşkili ilə bağlı standart qaydalar hazırlanır – EKSKLÜZİV 

36393

Tədrisin ənənəvi formada başlanması haqda qərar verilsə də, pandemiya şəraitində dərslərin necə təşkil olunacağı ilə bağlı suallar hələ də qalmaqdadır. 

Məlumdur ki, Bakının mərkəzində yerləşən məktəblərdə siniflərdə  şagird sayı çoxdur. Hətta uşaq sayının 40-dan çox olduğu siniflər də var.

Ara məsafəsinin qorunması üçün dərslər necə təşkil olunacaq? Siniflərin bölünməsi, ikinövbəli sistemə keçidlə bağlı qərar verilə bilərmi?
 

MÖVZU İLƏ BAĞLI:

Təhsil naziri ƏMR imzaladı - Dərs saatı həftədə...


Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov Bizim.Media-ya açıqlamasında bildirib ki, pandemiyada dövründə tədrisin təşkili ilə bağlı bütün tədbirlər nəzərə alınacaq və dərslər ona uyğun keçiriləcək: 

“Bizim vahid standartlarımız olacaq, burada məsafənin qorunması və s. məsələlər nəzərə alınacaq”.

Nazirlik sözcüsü bildirib ki, həmin qaydalar tədris ili başlanmazdan əvvəl məktəblərə təqdim olunacaq.

Xatirə Nəsirli, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO