Kəlbəcər rayonu ərazisində yerləşən “İstisu” sanatoriyasının yeni görüntüləri paylaşılıb.
Bizim.Media xəbər verir ki, video sosial şəbəkələrdə yayılıb.
Qeyd edək ki, İstisu sanatoriyası Kəlbəcərin qərb hissəsində – silsilə dağ yamaclarındadır.
İstisu mineral bulaqları 1138-ci ildə güclü zəlzələ zamanı yerin qabarması, çatlaması nəticəsində əmələ gəlib.
Öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə, Çexiyadakı Karlovı-Varı bulaqları ilə eynidir və bir çox digər xüsusiyyətlərinə görə dünyada yeganədir.
Bizim.Media