Yaqub Zurufçu reanimasiyaya yerləşdirildi

Yaqub Zurufçu reanimasiyaya yerləşdirildi

Hazırda oxunan: Yaqub Zurufçu reanimasiyaya yerləşdirildi

36177

Azərbaycanın Əməkdar artisti Yaqub Zurufçu reanimasiyaya yerləşdirilib.

Bizim.Media xəbər verir ki, müğənninin həyat yoldaşı Aynur Zurufçu sənətçinin bir həftə əvvəl COVID-19-a yoluxduğunu bildirib:

“Yeni Klinikaya köçürülüb. Yaqub müəllimin vəziyyəti ağırlaşıb. Millət vəkili Qənirə Paşayeva mütəmadi olaraq zəng vurub əlaqə saxlayır.

Məsələ Birinci vitse-prezident Mehriban xanım Əliyevanın nəzarətinə götürülüb. Prezidentin köməkçisi Anar Ələkbərovla danışdım. Dedi ki, nə lazımdırsa, dövlət səviyyəsində həll ediləcək. Hər şey olunur. Amma vəziyyəti çox ağırdır”.

Aynur Zurufçunun sözlərinə görə, 65 yaşlı Əməkdar artist dünən intensiv şöbəyə köçürülüb:

“Mən də yanında idim, hər şeyə nəzarət edirdim. Hər şey birdən-birə oldu. Vəziyyəti birdən ağırlaşdı. Özü də diqqətli insandır. Analiz verdi, cavabı çıxan günün sabahı xəstəxanaya yerləşdi. Bir həftə palatada qalıb.

Dünən intensiv şöbəyə köçürülüb. Orada vəziyyəti ağırlaşıb və reanimasiyaya yerləşdirilib. Dünən gecədən reanimasiyadadır. İntensiv şöbədə yanında idim.

Həkimlərlə danışdım, koronavirus elə bir xəstəlikdir ki, ABŞ-da da, burada da müalicəsi eynidir. Sadəcə deyirlər ki, ürəyi zəifdir. İynələrə ürəyi tab gətirsə, bəlkə sağala bilər”. (Publika.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO