Azərbaycanda dərmanların qiyməti KƏSKİN artdı - SƏBƏBLƏR

Azərbaycanda dərmanların qiyməti KƏSKİN artdı - SƏBƏBLƏR

Hazırda oxunan: Azərbaycanda dərmanların qiyməti KƏSKİN artdı - SƏBƏBLƏR

36163

Son vaxtlar bəzi dərman vasitələrinin qiymətində bahalaşma müşahidə olunur. Xüsusilə COVID-in müalicəsində aktiv istifadə olunan vitaminlər, virus əleyhinə pereparatlar və digər dərman vasitələri 2 manatdan 7 manata qədər bahalaşıb. Bununla bağlı ictimaiyyətdə çoxsaylı narazılıqlar da yer alıb.

Tibb Universitetinin müəllimi, farmakoloq-alim Aydın Əliyev səbəbi insanların reseptsiz əczaxanalara kütləvi axını ilə əlaqələndirib:

“Bu gün virusla bağlı dünyanın aparıcı ölkələri istisna olunmaqla bir neçəsində iqtisadi geriləmə var. Məlum virus və peyvənddən istifadə edərək bir çox ölkələr öz iqtisadiyyatlarını xeyli artırmış oldular. Pandemiyadan əvvəl məlumat yayılmışdı ki, Azərbaycanda bir neçə dəran zavodu açılacaq. Çünki həm xaricdən dərman asılılığından azad olarıq, həm də dərmanların keyfiyyətinə özümüz cavabdeh olarıq”. 
 

MÖVZU İLƏ BAĞLI:

Pandemiya dərman idxalını kəskin artırıb - STATİSTİKA


Aydın Əliyev hesab edir ki, hökumət xaricdən gətirilən dərmanların qiymətindəki faiz artımına nəzarət etməlidir:

“Dərman gətirənlər də bu vəziyyətdən istifadə edirlər. Pandemiya şəraitində buna yol verilməməlidir. Əksinə insanlara kömək olunmalıdır. Hökumətimiz bunu idarə etməyi bacarmalıdır və dərmanda azad sahibkarlıq olmaz”.

Farmokoloqun sözlərinə görə Tarif Şurasının bu günə qədər Azərbaycan iqtisadiyyatına heç bir xeyri dəyməyib:

“Tarif Şurasının üzvüləri hökumətin nazir müavinləridir. Demək ki, nazir müavinlərinin səlahiyyətləri hökumətdən yuxarıdır. İstədikləri qiyməti sağa və sola çevirə bilirlər. Digər əsas məqam insanların reseptsiz apteklərə üz tutmasıdır. Həkimsiz dərmana yaxınlaşmaq olmaz.

Bundan əlavə, Azərbaycanda çox biqabırçı bir vəziyyət müşahidə olunur. Dərmanlar reklam olunur. Bu yolverilməzdir. Dərman axı niyə reklam olunmalıdır ki?”,- deyə alim əlavə edib.
 

Xatırladaq ki, iyulun 1-dən etibarən Tarif Şurası 50-yə yaxın dərmanın qiymətini artırıb. Şuranın qərarı ilə 50-yə yaxın dərmanın  qiyməti artırılıb. Bahalaşma dərmanın çeşidi üzrə 10-40% intervalında olub.


Məsələn, Ukrayna istehsalı olan "Kalsium qlukonat" dərmanı 37% (1,82 AZN-dən 2,5 AZN-ə), Türkiyə istehsalı olan 1000 mq-lıq "Avimipiim" 10% (12,6 AZN-dən 13,8 AZN-ə), 500 mq-lıq 20% (8,24 AZN-dən 9,9 AZN-ə) bahalaşıb. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO