ŞAD XƏBƏR - Ağdam minalardan tamamilə təmizləndi

ŞAD XƏBƏR - Ağdam minalardan tamamilə təmizləndi

Hazırda oxunan: ŞAD XƏBƏR - Ağdam minalardan tamamilə təmizləndi

35949

Ağdam şəhərinin ərazisi mina və partlamamış sursatlardan tam təmizlənib.

Bizim.Media xəbər verir ki, bu barədə Ağdam rayon İcra Hakimiyyəti başçısının müavini Allahverən Əliyev yerli mətbuata verdiyi açıqlamasında deyib.

O bildirib ki, Ağdam rayonunun işğaldan azad edilən ərazilərinin minalardan təmizlənməsi prosesi davam etdirilir:
 

"Şəhərin ərazisi minalardan təmizlənib və abadlıq-quruculuq işləri davam etdirilir. Ərazidə elektrik enerjisi, su xətləri çəkilir, yollar tikilir. Hazırda kəndlərin ərazisində təmizlənmə prosesi davam edir".


Qeyd edək ki, iyulun 30-na olan məlumata görə, işğaldan azad edilmiş ərazilərdə aparılan minatəmizləmə əməliyyatları zamanı 3500 hektara yaxın ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib, 20 mindən çox mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO