“Uzunmüddətli fasilədən sonra Azərbaycan təhsili nəhayət ki, ənənəvi təhsilə qayıdır”.
Bizim.Media xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkili ilə bağlı keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə ənənəvi təhsil mərhələrlə həyata keçəcək:
“22 sentyabr tarixindən 1-ci və 4- cü siniflər, 29 sentyabrdan 5-ci və 11-ci siniflərdə, o cümlədən həmin tarixdən etibarən ali təhsil və orta ixtisas təhsil müəssisələri ənənəvi təhsilə qayıdırlar.
MÖVZU İLƏ BAĞLI:
Peyvənd olunmayan tələbələrin aqibəti necə OLACAQ? - Emin Əmrullayev
Ümumilikdə həftədə vərdiş etdiyimiz 5 dəfə, bəzən həftədə 6 dəfə üzbəüz təhsil həyata keçiriləcək. Əyani təhsilə keçidə xüsusi şərtlərlə olacaq”.
Qeyd edək ki, yeni tədris ilinin başlanmasına bir həftə vaxt qalıb.
Alçina Amilqızı, Bizim.Media