Saakaşvili Gürcüstana qayıdacağı vaxtı açıqladı:

Saakaşvili Gürcüstana qayıdacağı vaxtı açıqladı: "Həbs olunmaqdan qorxmuram..." 

Hazırda oxunan: Saakaşvili Gürcüstana qayıdacağı vaxtı açıqladı: "Həbs olunmaqdan qorxmuram..." 

35817

“Şəxsən mən oktyabrın 2-də keçiriləcək seçkilər üçün Gürcüstana gedəcəyəm”. 

Bizim.Media xəbər verir ki, bunu Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili feysbuk səhifəsi üzərindən videomüraciətində deyib. 

O, Gürcüstanda həbs olunacağından qorxmadığını bildirib: “Əminəm ki, gürcü xalqı özünü azad edəcək və mən də azadlığa çıxacağam. Taleyimi gürcü xalqının əlinə verməkdən qorxmuram”. 
 

MÖVZU İLƏ BAĞLI:

Saakaşvili: “Moskva Ukraynaya hücuma hazırlaşır”


Keçmiş dövlət başçısı həmvətənlərinə çağırış edib:

“Gürcüstanı xilas etmək bizim vətənpərvərlik borcumuzdur. Gürcüstanda hər şey məhv olur, insanlar ölkəni hər gün kütləvi şəkildə tərk edir. Hər kəs seçkiyə getməli və Bidzina İvanişvilinin arzusunun əleyhinə səs verməlidir”. 

Qeyd edək ki, oktyabrın 2-də Gürcüstanda bələdiyyə seçkiləri təşkil olunacaq. 

Xatırladaq ki, Mixail Saakaşvili 2015-ci ildə Gürcüstan vətəndaşlığından çıxarılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO