Azərbaycan iqtisadiyyatını yaxın 3 ildə nə gözləyir? – İMF–dən AÇIQLAMA

Azərbaycan iqtisadiyyatını yaxın 3 ildə nə gözləyir? – İMF–dən AÇIQLAMA

Hazırda oxunan: Azərbaycan iqtisadiyyatını yaxın 3 ildə nə gözləyir? – İMF–dən AÇIQLAMA

35813

Bu il Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) cari qiymətlərə həcmi 84,853 milyard manata (49,914 milyard ABŞ dollara) çatacağı gözlənilir. 

Bizim.Media Beynəlxalq Valyuta Fonduna (IMF) istinadən xəbər verir ki, bu göstərici, 2020-ci ilin faktiki göstəricisindən 17,1 % çoxdur. 

Azərbaycanda nominal ÜDM 2022-ci ildə 86,463 milyard manat (50,861 milyard ABŞ dolları), 2023-ci ildə isə 88,934 milyard manat (52,314 milyard ABŞ dolları) səviyyəsində proqnozlaşdırılır.
 

MÖVZU İLƏ BAĞLI:

BVF: Bu il Azərbaycanda inflyasiya artacaq - RƏQƏMLƏR 


Bu, muvafiq olaraq əvvəlki ilin proqnozu ilə müqayisədə 1,9 % və 2,9 % çoxdur. 

IMF-in proqnozlarına görə, bu il Azərbaycanın real ÜDM-si ötən ilin faktiki göstəricisi ilə müqayisədə 2,3 % artaraq 29,213 milyard manata çatması gözlənilir. 

Məlumata əsasən, 2022-ci ildə real ÜDM 29,708 milyard manat (əvvəlki ilin proqnoz göstəricisi ilə müqayişsədə 1,7 % çox), 2023-cü ildə isə 30,214 milyard manat (1,7 % çox) təşkil edəcəyi gözlənilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO