FIFA 2022-ci il dünya çempionatının Cənubi Amerika zonası üzrə seçmə mərhələsində yarımçıq dayandırılan Braziliya - Argentina matçı ilə bağlı açıqlama yayıb.
Bizim.Media xəbər verir ki, qitə futbol qurumu qarşılaşma ilə bağlı yekun qərarını yaxın vaxtlarda açıqlayacağını vurğulayıb.
"Dünyanın iki önəmli yığması arasındakı matçın təxirə salınmasına görə təəssüflənirik. Oyunla bağlı ilkin məlumatlar FIFA-ya göndərilib. İnformasiya səlahiyyətli nümayəndə tərəfindən analiz olunacaq və yaxın vaxtlarda qərar qəbul ediləcək".
Görüşün əvvəllərində Argentina millisi meydanı tərk edib.Bu, meydana polis və miqrasiya xidməti əməkdaşlarının daxil olmasından sonra baş verib.Onlar koronavirus qaydalarını pozan 4 oyunçu - Emiliano Martines, Emiliano Buendia, Lo Çelso və Kristian Romeronu deportasiya etmək istəyiblər.
Həmin futbolçular 10 günlük karantinə əməl etmədən Braziliyaya daxil olublar. Böyük Britaniyadan gələnlərin karantində olmaları vacib sayılsa da, argentinalılar İngiltərə klublarında çıxış etmələrinə rəğmən. krallıqda son zamanlar olmadıqlarını bildiriblər.
Bizim.Media
- A-
- A
- A+
İdman
16:28 / 06.09.2021
FIFA-dan Braziliya - Argentina matçı ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: FIFA-dan Braziliya - Argentina matçı ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: FIFA-dan Braziliya - Argentina matçı ilə bağlı AÇIQLAMA
35773
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.