Türkiyədə əyani dərs ili başladı

Türkiyədə əyani dərs ili başladı

Hazırda oxunan: Türkiyədə əyani dərs ili başladı

35709

Türkiyədə bu gün yeni tədris ili başlayıb.

Bizim.Media xəbər verir ki, ölkədə yeni tədris ilində dərslər ənənəvi qaydada, üz-üzə keçiriləcək.

Qeyd olunur ki, koronavirus pandemiyası ilə əlaqədar peyvənd olunmayan müəllim və digər əməkdaşlar həftədə iki dəfə test verəcək.
 

Ölkədəki bütün məktəblərin tibbi maska və dezinfektantlarla təmin olunduğu bildirilir. Bundan başqa, qeyd olunur ki, sıxlığın aradan qaldırılması üçün tənəffüslər fərqli vaxtlarda təşkil olunacaq.


Xatırladaq ki, bu günədək Türkiyədə 6,5 milyona yaxın şəxs koronavirusa yoluxub, 58 mindən çox şəxs vəfat edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO