“Bəşəriyyət təbiətlə mənasız və özünü məhv edəcək müharibə aparır”.
Bizim.Media xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş “Twitter” səhifəsində yazıb.
BMT Baş katibi bildirib ki, ölkələr üzərlərinə öhdəlik götürməli və təbiəti məhv etməyi dayandırmalıdırlar:
MÖVZU İLƏ BAĞLI:
BMT-nin Baş katibindən ÇAĞIRIŞ
“Biz problemləri bilirik və onların həlli üçün vasitələrə malikik. Bizə indi bütün ölkələrin etibarlı öhdəlikləri və həvəsləri lazımdır”.
Alimlərin hesablamalarına əsasən, temperaturun 1,5 dərəcədən çox artması ətraf mühitə əvəzolunmaz zərbə vura bilər.
Bizim.Media