Türkiyə ilə Azərbaycanın yeni hərbi layihəsi - VİDEO

Türkiyə ilə Azərbaycanın yeni hərbi layihəsi - VİDEO

Hazırda oxunan: Türkiyə ilə Azərbaycanın yeni hərbi layihəsi - VİDEO

35639

"Azərbaycan Ordusuna dəstək məqsədilə Ermənistan işğalından azad edilən bölgələrdə mina axtarışı və zərərsizləşdirilməsi fəaliyyətləri davam edir”.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. 

Nazirliyin sözçüsü bildirib ki, Türkiyə Silahlı Qüvvələri qardaş ölkə Azərbaycanla hərbi əməkdaşlıq müqavilələri çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin modernizasiya və təlim fəaliyyətlərinə dəstək verir:
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyə Azərbaycanla yeni sənəd imzalayacaq - SƏBƏB 


"Bu çərçivədə Azərbaycan və Türkiyə arasında birgə işin təşkili, təlim planlaşdırılması, idarə və icra əsaslarının uyğunlaşdırılması üçün “Qardaş Tuqay” lahiyəsinə başlanılıb.

Hazırda Azərbaycan Silahlı Qüvvələri personalı ilə birgə TSQ bazasında birgə təlim və tədris fəaliyyətləri davam etməkdədir.

“İki dövlət, tək millət” anlayışı ilə kədərdə və qürurda bərabər olduğumuz Azərbaycan türkü qardaşlarımızın haqlı mübarizələrində bundan sonra da bütün imkanlarımızla yanlarında olmağa davam edəcəyik”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO